Binəqədidə ikimərtəbəli evdə YANĞIN
    • 21-05-2020, 09:00
    • 708

Binəqədidə ikimərtəbəli evdə YANĞIN

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 160 m² olan ikimərtəbəli evin mətbəxində mebel 3 p.m və 3 ədəd məişət avadanlığı yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 8 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.