-
- 10-07-2020, 11:10
- 2 805
"Bəhram Bağırzadənin əhval-ruhiyyəsi yüksəkdir" - HƏKİM
"Bəhram Bağırzadənin kliniki əlamətləri yaxşıdır".
News24.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.
O bildirib ki, Əməkdar artistin vəziyyətində müsbət dinamika davam edir: "Bəhram Bağırzadənin reabilitasiya prosesi davam edir. Kliniki göstəriciləri yaxşıdır. Eyni zamanda, əhval-ruhiyyəsi də yüksəkdir".
Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. B.Bağırzadə iyulun 2-də komadan ayılıb.
Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.