-
- 10-07-2020, 18:47
- 809
Hikmət Hacıyev: “Hazırda orduda koronavirusa yoluxma yoxdur”
Azərbaycan silahlı qüvvələri arasında koronavirusa yoluxma halı yoxdur.
News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
H.Hacıyev deyib ki, orduda epidemioloji vəziyyətə tam nəzarət olunur: "Mütəmadi olaraq, testlər keçirilir. Bura gəlməmişdən əvvəl Müdafiə nazirilə də əlaqə saxladım, vəziyyət tam nəzarət altındadır, əsgərlərimiz arasında virusa yoluxma halı yoxdur".
Afaq Mirayiq