"Pandemiya ilə bağlı  vəziyyət nəzarət altındadır". PREZİDENTİN KÖMƏKÇİSİ
    • 16-04-2020, 17:10
    • 995

"Pandemiya ilə bağlı vəziyyət nəzarət altındadır". PREZİDENTİN KÖMƏKÇİSİ

"Azərbaycanda koronavirus pandemiyası ilə bağlı sanitar-epidemioloji vəziyyət nəzarət altındadır".

News24.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, ölkədə dəyişmə tendensiyası mövcuddur: "Bu əsasda növbəti addımların atılması həyata keçirilir. Xəstəliyə yoluxma halı və areal nəzarət altındadır. Digər ölkələrin təcrübəsinə əsasən karantin hallarının uzadılması zəruri olur".

H.Hacıyev qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən karantin rejimi dərhal ləğv olunmamalıdır.