Azərbaycan Ordusuna əmr verildi: Vurun  - BƏYANAT
    • 14-07-2020, 14:46
    • 745

Azərbaycan Ordusuna əmr verildi: Vurun - BƏYANAT

"Tovuz rayonu istiqamətində ağır döyüşlər gedir".

News24.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı yaranmış vəziyyətlə əlaqədar nazirliyin bəyanatını ictimaiyyətə çatdırıb:

"İyulun 13-dən 14-nə keçən gecə və səhər saatarında Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edir. Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.  Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad qəhərəmancasına şəhid olub. Düşmən hücumunun qarşısını alarəkən Azərbaycan Ordusunun aşağıda aları çəkiləcək hərbi qulluqçuları da şəhid olublar. Təəssüflər olsun ki, döyüşlər gedib və iyul ayının 12-də də, 13-dən 14-nə keçən gecə də şəhidlərimiz olub.
General-mayor Polad Həşimovla bərabər döyüşdə polkovnik Mirzəyev İlqar, mayor Əhmədov Namiq, mayor Novruzov Anar, gizir Zeynallı İlqar, gizir Babayev Yaşar və əsgər Musazadə Elçin qəhrəmancasına həlak olublar. Düşmənə qarşı cavab tədbirləri görülüb və döyüşdə yaralananlar olub. Onlara tibbi yardım göstərilib. 
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və Allahdan rəhmət diləyir. Eyni zamanda da yaralılarımız var. Onlar hərbi tibbi müəssislərimizdə malicə alırlar. Biz onlaera şəfa diləyirik və tezliklə sıralarımıza qayıtmağı arzu edirik. 
Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədi ilə komandanlıq tərəfindən görülmüş cəza tədbirləri nəticəsində düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqələri, dərinliklərdə yerləşən ehtiyatları və yüzlərlə canlı qüvvəsi məhv edilib. Qarşı tərəf həmişə olduğu kimi cəbhədə vəziyyəti gərginləşdirdikdə yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Yaşayış məntəqələrindəki mülki əhalini basqı altında saxlamağa cəhd göstərir. Azərbaycan xalqı bilsin ki, ordumuzun bu istiqamətdə olan bölmələri düşmənin hücumunun qarşısını almağa qadirdir və hazırdır. Bu istiqamətdə hazırda tədbirlər həyata keçirilir. Düşmənin dərinliyindəki atəş mövqeləri zərərsizləşdirilib və ehtiyatları vurulub. Hazırda vəziyyət gərgin olaraq qalır. Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Xalqımızı əmin etmək istəyirik ki, Azərbaycan Ordusunun şəxsi heyəti Ali Baş Komandanın verəcəyi hər bir əmri yerinə yetirməyə hazırdır və qadirdir. Həmişə olduğu kimi ordumuz müzəffər yürüşünü davam etdirəcək və onun böyük ruh yüksəkliyi ilə düşmənin başını əzməsi istiqamətində həyata keçirdiyi tədbirlər davam etdiriləcək və ona güclü zərnbələr vuracaqlar”.