SON DƏQİQƏ: General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev ŞƏHİD OLDU - RƏSMİ
    • 14-07-2020, 13:12
    • 2 933

SON DƏQİQƏ: General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev ŞƏHİD OLDU - RƏSMİ

Azərbaycan Ordusunun general-mayoru Həşimov Polad qəhrəmancasına şəhid olub. 


News24.az xəbər verir ki,  bu barədə cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib: “İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib”.  

K.Vəliyev qeyd edib ki, döyüşlər nəticəsində Azərbaycan Ordusu da itki verib: “Səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olublar".