Azərbaycanlı iş adamının qurduğu tarixin ilk kosmik dövləti İstanbulda iclas keçirir — FOTO / VİDEO
    • 3-10-2018, 19:00
    • 1 211

Azərbaycanlı iş adamının qurduğu tarixin ilk kosmik dövləti İstanbulda iclas keçirir — FOTO / VİDEO

Rusiyada yaşayan azərbaycanlı iş adamı və alim İqor Aşurbəyli tarixin ilk kosmik dövləti Asqardiyanı qurur.
  7 oktyabr tarixində Asqardiyanın İstanbul şəhərində iclası keçiriləcək. İstanbul toplantısı ilə bağlı Asqardiya “Bütün vətəndaşlarımız dəvət edilib” çağırışını edib.
Bazar günü günorta saatlarına planlaşdırılan tədbirdə Asqardiya prezidentinin müavini Lena de Vinne də iştirak edəcək.
2016-cı ildə quruluan və ölkə olmaq üçün BMT ilə rəsmi prosedura başlayan kosmik ölkə internet səhifəsində gündəlik vətəndaşlıq müraciətlərinin məlumatlarını bölüşür. Asqardiyanın 1 milyondan çox izləyicisi var. Vətəndaşlıq üçün müraciət edənlərin sayı isə 272 mini ötüb. Kosmik ölkədə ən çox vətəndaşlığı isə Türkiyə vətəndaşları almaq istəyib. Bu günə qədər 39 min türk müraciət edib. İkinci yerdə 32 min müraciətlə ABŞ, üçüncü yerdə isə 20 min müraciətlə Hindistan var.
Şəhər olaraq isə ən çox da müraciət İstanbuldan edilib. 12 min İstanbul sakini Asqardiyada vətəndaş olmaq üçün müraciət edib. Asqardiyada bələdiyyə sədri seçkiləri də internetdə interaktiv cədvəllə təqdim edilir.
Skandinaviya əfsanələrində “Səmadakı şəhər” mənasına gələn Asqardiya meteorit və kosmik zibil kimi təhdidlərə qarşı planetimizi qorumağı hədəfləyib.Bayrağı və milli himni olan kosmik ölkənin hədəfi Aya yerləşməkdir.

//Ölkə.az