Daha 543 nəfər koronavirusa yoluxdu - 510 XƏSTƏ SAĞALDI
    • 14-07-2020, 20:42
    • 874

Daha 543 nəfər koronavirusa yoluxdu - 510 XƏSTƏ SAĞALDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 543 yeni yoluxma faktı qeydə alınıb, 510 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 25 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16150 nəfər müalicə olunaraq sağalıb, 319 nəfər vəfat edib, 8644 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8217, ötən müddət ərzində isə ümumilikdə 584466 test aparılıb.