Bakı-Sumqayıt yolunda mikroavtobus velosipedçini vuraraq öldürüb
    • 16-07-2020, 12:11
    • 393

Bakı-Sumqayıt yolunda mikroavtobus velosipedçini vuraraq öldürüb

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki,  hadisə avtomobil yolunun Sumqayıtdan keçən hissəsində qeydə alınıb. Belə ki, "Hyundai" markalı mikroavtobus velosiped sürən Abşeron rayonu Saray qəsəbəsinin sakini, 1992-ci il təvəllüdlü Tahirov Əflatun Ərəstun oğlunu vurub. Qəza nəticəsində 28 yaşlı gənc mikroavtobusun altında qalaraq ölüb.  

Faktla bağlı araşdırma aparılır.