Bu həftəsonu da AVTOBUSLAR İŞLƏMƏYƏCƏK
    • 17-07-2020, 11:17
    • 794

Bu həftəsonu da AVTOBUSLAR İŞLƏMƏYƏCƏK

Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 18 iyul gecə 00:00-dan 20 iyul səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

Bu barədə News24.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, bu gün isə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcəkdir.

Bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək.