“Bütün ölkəni sərt karantində saxlamaq ən arzuolunmaz ssenaridir” - Şahmar Mövsümov
    • 20-07-2020, 17:22
    • 687

“Bütün ölkəni sərt karantində saxlamaq ən arzuolunmaz ssenaridir” - Şahmar Mövsümov

Virusun yayılmasının qarşısını almaq üçün yoluxan insanları tez müəyyən etməliyik.

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, həmin adamı və kontaktda olan adamları da təcrid etməliiyik: "Biz tamamilə şəhəri bağlaya bilmərik". 

Ş.Mövsümov bildirib ki, artıq yarım milyard manat subsidiyanın verilməsinə başlanılıb: "353 milyondan çox vəsait bu istiqamətdə ümumi olaraq xərclənib. Azərbaycan bu gün bir neçə istiqamətdə - həm Tovuzda gedən döyüşlər, həm pandemiya ilə, həm də iqtisadi islahatlarla bağlı mübarizə aparırıq". 

“Bütün ölkəni sərt karantində saxlamaq ən arzuolunmaz ssenaridir. Elə etməliyik ki, bütün şəhərlər və ölkənin bağlanmasına getməyək. Buna görə də ölkələrin təcrübəsi öyrənilir və addımlar da atılacaq” deyə, Ş.Mövsümov qeyd edib. 

Afaq Mirayiq