Qurban bayramı ilə bağlı SON MƏLUMAT
    • 20-07-2020, 17:51
    • 715

Qurban bayramı ilə bağlı SON MƏLUMAT

“Qurban bayramı ilə bağlı müvafiq tədbirlər planı hazırlanır”.

News24.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, bayramın bayram əhval-ruhiyyəsində keçirilməsi üçün xüsusi tədbirlər hazırlanır, bu barədə əhaliyə məlumat veriləcək.