Qadınların çox yoluxması yas yerlərinə getmələri ilə bağlıdır
    • 20-07-2020, 18:36
    • 685

Qadınların çox yoluxması yas yerlərinə getmələri ilə bağlıdır

"Dünyanın əksər ölkələrində koronavirusa yoluxma baxımından kişilər qadınları üstələyir, Azərbaycanda isə əksinə qadınlar kişilərdən çox koronavirusa yoluxur".

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

"Bunu da mütəxəssislər təhlil edib və bu qənaətə gəlib ki, qadınların çox yoluxması yas yerlərinə getmələri ilə bağlıdır. Onlar yas yerlərində daha çox təmasda olur və yoluxur", - deyə o, qeyd edib.