-
- 21-07-2020, 14:53
- 1 046
"Kimsə məni təbrik eləməyi unutsa..." - ANAR AĞAKİŞİYEV
"Ən böyük arzum və istəyim odur ki, yaşadığımız dünya insanlar üçün ən təhlükəsiz bir yer olsun".
Bu sözləri News24.az-a açıqlamasında dünyaca məşhur stilist Anar Ağakişiyev deyib. Bu gün doğum gününü qeyd edən stilist təəssüratlarını bizimlə bölüşüb: "İlk planım yeni evimə köçməkdir. Daha sonra isə yolların açılmasını gözləyirəm. Türkiyə və Fransada işlərimi davam etdirməyi düşünürəm. Bundan sonra da ancaq irəli və irəli addımlar atacağam. İl ərzində sosial şəbəkə səhifələrimin statistikası ilə yaxından maraqlanmışam. Əgər, hər hansısa azalma olsa idi, düşünərdim ki, yəqin kiminsə qəlbini sındırmışam, amma çox şükürlər olsun ki, belə bir şey olmayıb. Təbriklərin sayı-hesabı yoxdur. Əgər, kimsə məni təbrik etməyi unutsa, qətiyyən ondan incimərəm. Çünki, hazırda çox çətin vəziyyətdən keçirik. İndi bir olmağımızın vaxtıdır. İlk təbrikimi dünyaca məşhur bloggerin bacısı Mona Kattandan aldım, daha sonra Xalq artistimiz Tünzalə Ağayevadan və yaxın rəfiqəmdən təbrik mesajımı aldım. Hədiyyələrimin də ardı-arası kəsilmir".
Sevda Bayramova