"Mənim kimisə qısqanmağım gülməli olar"- ANAR AĞAKİŞİYEV
    • 21-04-2020, 13:19
    • 1 363

"Mənim kimisə qısqanmağım gülməli olar"- ANAR AĞAKİŞİYEV

"Verilişlərin birində biri demişdi ki, Azərbaycanda iki stilist var. Mən və o. "O" deyəndə məni nəzərdə tuturdu. Bu fikirlər mənə çox gülünc gəldi".

News24.az xəbər verir ki, bu sözləri stilist Anar Ağakişiyev MTV Azərbaycanda yayımlanan "Söhbətsiz" verilişində deyib. Ağakişiyev bildirib ki, onu Anar Həsənovla müqayisə etmək düzgün deyil: "Elnur mənim etdiklərimin heç 0,3 % belə eləməyib. İndi mən necə deyə bilərəm ki, Azərbaycanda iki vizajist var, mən və Ruxa. Bu düzgün deyil axı... Əgər, Elnurla yollarımız fərqlidirsə, bizi müqayisə etmək düzgün deyil. Düzdür, tərzlərimiz eynidir və kiminsə, nəyisə məndən götürməsini dəstəkləyirəm, yəni buna pis baxmıram. Mənim kiminsə qısqanmağım gülməli olar. Çünki indidən sonra təzə çıxan, köhnədən olan, turşuda qalan, ordan çıxan fərqi yoxdur, onların heç biri mənə çata bilməz. Mənim etdiklərimi eləmələri üçün ən azı 15 il gecə-gündüz çalışmalıdırlar".

Sevda Bayramova