İranda sutka ərzində 229 nəfər KORONAVİRUSDAN ÖLDÜ
    • 21-07-2020, 15:10
    • 508

İranda sutka ərzində 229 nəfər KORONAVİRUSDAN ÖLDÜ

İranda sutka ərzində koronavirusdan ölənlərin sayında rekord qeydə alınıb. 

News24.az "İRİNN"ə istinadən xəbər verir ki, ölkədə gün ərzində virusundan 229 nəfər dünyasını dəyişib.

İranın Səhiyyə və Ailə Rifahı Nazirliyinin sözçüsü Sima Sədət Lari son 24 saat ərzində koronavirusa yoluxanların daha 2 625 nəfər artaraq 278 827 nəfərə çatdığını bildirib.

Yoluxanlardan 14 634 nəfər ölüb, 242 351 nəfər sağalıb.