"Biz istədiyimizə nail olacağıq" - Prezident İlham Əliyev
    • 21-07-2020, 17:44
    • 690

"Biz istədiyimizə nail olacağıq" - Prezident İlham Əliyev

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və I vitse-prezident Mehriban Əliyeva Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər. 

News24.az xəbər verir ki, mərasimdə dövlət başçısı nitq söyləyib. “Bu gün Azərbaycan ordusu istənilən vəzifəni icra edə bilər” deyən prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan ordusu tam komplektləşdirilib: “Əgər bizə əlavə canlı qüvvə lazım olarsa, əlbəttə ki, biz bundan istifadə edəcəyik. Hələ ki, səfərbərliyin elan edilməsinə heç bir ehtiyac yoxdur. Əgər lazım olarsa, bu da olacaq. Mən demişəm, bir daha demək istəyirəm. Biz bilirik, nə vaxt, nəyi, necə etmək lazımdır. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Bizim siyasətimiz ədalətli siyasətdir və beynəlxalq hüquqa, tarixi ədalətə söykənir. Biz istədiyimizə nail olacağıq".