-
- 4-10-2018, 15:54
- 898
Nefti bahalaşdıran səbəblər - ŞƏRH
Son həftələrdə əmtəə birjalarında neftin qiyməti sürətlə artır. Belə ki, London Birjasında "Brent" markalı xam neftin 1 barelinin dəyəri son bir ay ərzində 10%, yaxud da 8 ABŞ dolları artaraq 78 dollardan 86 dollara yüksəlib. “Brent” neftinin bir barelinin qiyməti 2014-cü ilin oktyabr ayından bəri ilk dəfə olaraq ötən gün 86 dolları keçərək 86,29 dollara satılıb. Bu markalı neftin qiymətində son bir ay ərzində ən aşağı göstərici sentyabrın 6-da qeydə alınıb. Həmin gün birjada “Brent” markalı neftin fyuçers qiyməti 76,50 dollar/barel olub. Sentyabrın 24-dən isə neftin qiyməti 80 dollar/barel həddini keçib və artım tendensiyası davam etməkdədir. Son bir həftə ərzində 6% artım qeydə alınıb.
Mütəxəssislər və treyderlər neftin qiymətindəki artımın 100 dollar/ barelədək çatma ehtimalının olduğunu proqnozlaşdırırlar.
Ekspertlər neftin qiymətində bu sürətli artımı bir neçə amillərlə əlaqələndirirlər.
ADA Universitetində Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirib ki, neftin qiymətinin artmasına təsir edən əsas amil ABŞ-ın İrana qarşı noyabr ayının əvvəlindən qüvvəyə minməsi ehtimal olunan sanksiyalarıdır. Lakin onun fikrincə, İrana qarşı sanksiyaların daha da şiddətli olduğu, Çinin sanksiyalara qoşulub-qoşulmayacağı, Səudiyyə Ərəbistanının sanksiyalar nəticəsində bazardan çıxarılacaq nefti kompensasiya etmək qabiliyyətinə sahib olmamamaq düşüncələri gərginliyi xüsusi ilə alovlandırıb.
ADA Universitetində Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov
Çinin ABŞ-ın sanksiyalarına çox da məhəl qoymayacağı gözlənilirdi, amma məlum oldu ki, D. Tramp Administrasiyası Çinə çox təzyiq edib və Çin də sanksiyalara qoşulacaq. Çin İrandan böyük miqdarda neft alırdı. Bu xəbərin ortaya çıxması isə bazarda narahatlıq yaratdı. İkinci isə Səudiyyə Ərəbistanı faktorudur. Belə ki, bu ölkə dünyada qısa müddətdə neft hasilatını artırmaq potensialına malik yeganə ölkədir. Məlum oldu ki, Səudiyyə Ərəbistanı bu gücünə baxmayaraq sentyabr ayında bazara əlavə cəmi 50 min barel neft çıxarıb. Halbuki bazarın 500 min barel əlavə neftə ehtiyacı var.
Bundan başqa, ekspert bazara təsir edən digər amilin isə ABŞ-da qazma qurğularının sayının azalması ilə bağlı xəbər olduğunu hesab edir: “ABŞ-da qazma qurğularının sayının azalması o deməkdir ki, növbəti aylarda neft hasilatında xüsusi yüksəliş gözlənilmir”.
Dünya Enerji Şurası Türk Milli Komitəsinin enerji diplomatiyası üzrə işçi qrupunun sədri, Ortadoğu Texniki Universitetinin professoru Oqtay Tanrısevər bildirib ki, Orta Şərq bölgəsindəki son geosiyasi hadisələr və ABŞ-İran münasibətlərindəki gərginlik, enerji ticarətində sanksiyaların tətbiqinə az müddətin qalması səbəblərindən neftin qiymətində artım müşahidə olunmaqdadır.
Bəs yaxın günlərdə bazardakı gərginlik davam edəcəkmi? Bu gərginlik nəticəsində qiymət artımı hansı həddə çatacaq?
E.Soltanov bazardakı gərginliyin bu şəkildə davam etməsinin gözlənildiyini bildirib. Onun fikrincə, neftin qiyməti 100 dollar/barelə qədər də qalxa bilər, hər şey dəyişə də bilər: “İndi məsələ nədir?! Səudiyyə Ərəbistanı gündəlik hasilatı 1,5 mln. barelə qədər artırmaq imkanı olduğunu bildirib. Amma bazar ona inanmır və Çin faktoru ilə də birləşərək İrana tətbiq olunan sanksiyalar bazardan gündəlik yarım milyondan - 2 mln. barelə qədər neftin azalması mənasına gəlir. Ancaq tələb hələ də yüksəkdir və bir az da artmaqda davam edir. Azalan təklifi qısa müddətdə kompensasiya edəcək ölkə ortaya çıxmadığına görə bazarda digər gərginlik yaranır. Bu gərginliyin bu şəkildə davam etməsi gözlənilir”.
O.Tanrısevər də bildirib ki, həm ABŞ-la Çin arasında ticarət müharibəsinin başlaması, həm də Səudiyyə Ərəbistanı ilə İran arasındakı regional gərginliyin artması neftin qiymətinin artma tendensiyasının yaxın gələcəkdə davam edəcəyinə işarədir. Onun fikrincə, bu artım trendi ilə “Brent” markalı xam neftin bir barelinin qiyməti qısa müddətdə 90 dolları ötə bilər, amma 100 dollara çatması hələlik real görünmür.
O, neftin qiymətinin artmasının neft sektoru üçün yeni imkanlar yaradacağını hesab edir:Dünya Enerji Şurası Türk Milli Komitəsinin enerji diplomatiyası üzrə işçi qrupunun sədri, Ortadoğu Texniki Universitetinin professoru Oqtay Tanrısevər
Neftin qiymətindəki artım Azərbaycan, Qazaxıstan və Rusiya və digər neft ixrac edən ölkələr üçün müsbət hal olsa da, neft idxalçısı olan Türkiyə, Çin və Avropadakı bir çox ölkə üçün çətin dövrə işarədir. Qiymətlərdəki artım yataqlara, qazma əməliyyatlarına investisiya baxımından isə yeni fürsətlər ortaya çıxaracaq və bu artımın neft sektoru üçün müsbət yönləri olacaq.