Sabahın havası AÇIQLANDI
    • 23-07-2020, 13:23
    • 496

Sabahın havası AÇIQLANDI

İyulun 24-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. 

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-34, Bakıda gecə 22-25, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 754  mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək. 

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-34, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq.