"Şaban"ın oğlu dava ETDİ
    • 24-07-2020, 12:20
    • 904

"Şaban"ın oğlu dava ETDİ

Türkiyəli tanınmış aktyor Ali Sunal evinin yaxınlığında yerləşən otelin sahibi ilə münaqişəyə girib.  

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bodrumda ailəsi ilə tətildə olan aktyor gecə saat iki radələrində evinin yaxınlığında yerləşən oteldən gələn səsə görə münaqişə yaşayıb. O, otelə yollanaraq yüksək mahnı səsinin gəldiyini və uşaqlarının yata bilmədiyini deyib. Otelin sahibi Sunalın sözlərinə əsəbiləşdikdən sonra ikili arasında mübahisə yaşanıb. Buna baxmayaraq mahnı oxuyan şəxs ikilinin dava etdiyini görərək aktyordan üzr istəyib. Mahnı oxuyan isə müğənni Berkay olub.

Sevda Bayramova