Kiyevdə iki azərbaycanlı tələbə GÜLLƏLƏNDİ
    • 25-07-2020, 15:10
    • 926

Kiyevdə iki azərbaycanlı tələbə GÜLLƏLƏNDİ

Ukraynanın paytaxtı Kiyevdə iki azərbaycanlı tələbəyə atəş açılıb.

News24.az xəbər verir ki, naməlum şəxslər iyulun 25-nə keçən gecə Konovaltsya küçəsində, “Montekki və Kapuletti” restoranının yaxınlığında “Mercedes- Gelenvagen” markalı avtomobildən azərbaycanlı tələbələrə tapançadan atəş açıblar.

Bildirilir ki, atəşin açıldığı 50 RV 100 dövlət nömrə nişanlı avtomobilin və hadisəni törədən şəxslərin tapılması üçün hüquq-mühafizə orqanları hərəkətə keçib./APA/