Şəkidə 6 tona yaxın narkotik vasitə məhv edildi - FOTO
    • 27-07-2020, 11:12
    • 502

Şəkidə 6 tona yaxın narkotik vasitə məhv edildi - FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Öyrət kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.

Bu barədə News24.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 5 ton 600 kq olan çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.