Balakəndə 1200 kq narkotik vasitə MƏHV EDİLDİ
    • 6-06-2020, 10:31
    • 622

Balakəndə 1200 kq narkotik vasitə MƏHV EDİLDİ

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, ümumi çəkisi bir ton 200 kiloqram yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.