-
- 4-10-2018, 18:30
- 646
“Stansiya bağlanır” bəhanəsi ilə işçiləri qovdular – Dəmiryolunda nə baş verir?
Köçərli Dəmiryol Stansiyasının ləğv edilməsi əsas göstərilərək bir qrup işçinin fəaliyyətinə son verilib. Ancaq sonradan məlum olub ki, stansiya öz işinə davam edir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Yükdaşımalar departamentinin Qərb bölgəsi üzrə bölmə rəisi Qurban Nəbiyev Köçərli stansiyasında işləyən 9 nəfər işçini stansiyanın ləğv edilməsi bəhanəsilə işdən azad edib.
Məlumata görə, işdən azad edilənlər arasında məcburi köçkünlər və şəhid anası da var.
34 ildən çoxdur ki dəmiryolçu olan Maqsud Məmmədovun sözlərinə görə, onları Köçərli stansiyasının ləğv edilməsi adı ilə işdən azad ediblər:
“Stansiyada çalışan 9 nəfəri işdən azad etdikdən sonra məlum olur ki, Köçərli stansiyası hələ də fəaliyyətdədir. Ömrümüzün yarıdan çoxunu dəmiryolda işləyərək keçirmişik, ancaq bizi bəhanə ilə işsiz qoydular”.
Maqsud Məmmədov bildirib ki, məsələ ilə bağlı Qurban Nəbiyevlə görüşüblər:
“Qurban Nəbiyev bizə dedi ki, gücünüz çatırdı Ağdamı saxlayardınız. Şəxsən Tahir Əliyevlə mənə özü dedi ki, mən Təzəkənd Stansiyasını adın saxlayıram, siz də Ağdam Stansiyasının adın saxlayardınız. Bizə açıq-aşkar bildirdi ki, Ağdam işğaldan azad edilməyəcək, gedin özünüzə başqa sahədə iş tapın”.
2006-cı ildən Köçərli stansiyasında işlədiklərini bildirən Tahir Əliyev deyib ki, həmin vaxt Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın məktubu əsasında bu işlə təmin olunublar:
“2006-cı ildə Ağdam stansiyasının ləğvi ilə əlaqədar bizi işdən azad etmişdilər. Müraciətimizdən sonra Mehriban Əliyevanın göstərişi ilə bizi Köçərli stansiyasında işlə təmin etdilər. Ancaq indi Qurban Nəbiyev heç nəyə məhəl qoymur”.
Aprel döyüşləri zamanı stansiyanın zərər gördüyünü deyən Maqsud Məmmədov bildirib ki, hələ də təmir işləri aparılmayıb:
“Necə olur ki, Bərdə və digər yerlərdəki stansiyalarda hər il təmir işləri aparılır, ancaq bizim işlədiyimiz stansiyada yox? Qurban Nəbiyev sanki qarşısına məqsəd qoymuşdu ki, bu stansiyanı ləğv etsin. Köçərli stansiyası bərbad gündədir. Təzəkənd stansiyasının vağzalında mal-qara saxlanılır”.
Qeyd edək ki, işdən azad edilən şəxslər dəfələrlə işlə təmin edilmək üçün müraciətlər etsələr də, Qurban Nəbiyev onlara hər dəfə bəhanələr gətirib.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Yükdaşımalar departamentinin Qərb bölgəsi ilə əlaqə saxlamağa çalışsaq da, telefonlara cavab verən olmadı.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi isə 2 gündür məsələ ilə bağlı cavab verəcəklərini bildirsə də, heç bir aydınlıq gətirməyib.
//yenicag.az