Bakıda yük maşını yeniyetməni vuraraq öldürüb
    • 28-07-2020, 14:50
    • 506

Bakıda yük maşını yeniyetməni vuraraq öldürüb

Bakıda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Belə ki, velosipedlə yolu keçmək istəyən, 2006-cı il təvəllüdlü Seyidov Elmir Elman oğlunu yük maşını vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Rayon Polis İdarəsində araşdırma aparılır. /APA/