Taxta tikili yandı, mağazaya da keçdi
    • 3-05-2019, 12:44
    • 997

Taxta tikili yandı, mağazaya da keçdi

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 50 m² olan taxta konstruksiyalardan ibarət tikilinin yanar konstruksiyaları və içərisində soyuducu yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqdakı mağazanın giriş qapısı və vitrin pəncərəsi sınıb. Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.