Xaçmazda taxta sexində YANĞIN
    • 14-05-2020, 09:00
    • 820

Xaçmazda taxta sexində YANĞIN

Xaçmaz rayonunun Ağtala kəndində ümumi sahəsi 2000 m² olan taxta emalı sexinin ərazisində yeşiklər və taxta tullantıları 75 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.