-
- 31-07-2020, 14:07
- 884
Pandemiyada kəbinlər də onlayn kəsilməlidir? – AÇIQLAMA
“Kəbin mərasimləri hazırda kütləvi keçirilmir. Amma məscidlərə insanlar müraciət edə, bütün lazımi qaydalara riayət olunmaqla kəbun oxuna bilər”.
Bu barədə News24.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənlidən münasibət öyrənib.
Onun sözlərinə görə, kəbin xüsusi bir mərasim sayılmır: “İki adam gəlir və din xadimi dua oxuyur. Yəni, canlı şəkildə də kəbin kəsilə bilər, bununla bağlı hər hansı məhdudiyyət yoxdur”.
İlahiyyatçı kəbin sənədinin vacibliyi ilə bağlı verilən sualı da cavablandırıb: “Sənədin verilməsi vacib deyil. Əsas kəbinin oxunmasıdır. Amma istəyən insanlar onu xüsusi bir qaydada yazdıra da bilərlər. Müəyyən kağızlar var, onun üzərinə adlar qeyd edilir. Dinimizdə kəbinin kağızda qeyd olunması vacib deyil. Sadəcə insanların özü üçün yaxşıdır ki, kəbin kağızları özlərində olsun”.
Afaq Mirayiq