Şeyx şəhid generalın atası və övladları ilə görüşdü - Fotolar
    • 30-07-2020, 17:54
    • 561

Şeyx şəhid generalın atası və övladları ilə görüşdü - Fotolar

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimovun doğulduğu Qəbələ rayonunun Vəndam kəndində olub.

News24.az xəbər verir ki, şəhidin ata ocağını ziyarət edən A. Paşazadə Polad Həşimovun xatirəsini anmaq üçün məhz bu günü — Qurban bayramının Ərəfə gününü seçdiyini vurğulayıb. 

Şeyxülislam Həşimovun atası və övladlarına başsağlığı verib, II Fəxri Xiyabanda hərbçimizin məzarını ziyarət etdiyini, onun ruhu üçün dualar oxuduğunu bildirib.