Şəkər-ağ ölüm? Əgər onun günahı yoxdursa?
    • 5-10-2018, 11:15
    • 1 660

Şəkər-ağ ölüm? Əgər onun günahı yoxdursa?

Çox şəkər yeyən insanlar diabet-2, ürək-damar və hətta xərçəng kimi xəstəliklərə tutulmaq riskinə özlərini məruz qoyurlar...
Amma ola bilsin ki, buna şəkərin heç dəxli də yoxdur.
Son elmi araşdırmalar bu barədə nə deyir?
Qədim vaxtlarda insanlarda şəkər qəbul etmək imkanı yalnız meyvələr yetişəndə, ildə bir neçə ay ərzində olurdu.
İndi isə bütün il boyu insanların şəkərə məhdudiyyətsiz çıxışı var.
Şəkərin indiki kimi intensiv istehlakının daha az faydalı olmasına insanların çoxu şübhə etmir.
Belə təsəvvür yaranıb ki, şəkər bu gün cəmiyyət üçün əsas təhlükə mənbəyidir: hökümətlər şəkərə əlavə vergi qoymaq istəyir, məktəblərdə və xəstəxanalarda şirniyyatlar satılmır, ekspertlər şəkərdən tamamilə imtina etməyi məsləhət görürlər.
Lakin hələlik mütəxəssislər olduqca kalorili yeməkdən ayrıca olaraq şəkərin insan orqanizminə mənfi təsirini isbat etməkdə çətinliklər çəkirlər.
Bəzi tədqiqatlara görə, gündə 150 qram fruktoza insulin həssaslığını aşağı salır, nəticədə qan təzyiqi və ya xolestirin səviyyəsinin artması kimi problemlər yaranır.
Lakin tədqiqatçılar qeyd edir ki, bu, adətən normadan artıq şəkərin qəbulu həddən çox kalorili pəhrizlə müşayiət olunanda baş verir. Odur ki, təqsir təkcə bir şəkərdə, görünür. deyil.
Elmi dairələrdə getdikcə daha ucadan deyilir ki, bütün günahları yalnnız bir məhsulun üzərinə yıxmaq təhlükəlidir - bu, insanları çaşdırır və onların gündəlik rasionunu mühüm qidadan məhrum edir.
Şəkər (və ya deyildiyi kimi, "əlavə edilmiş şəkər") bir çox məhsullarda mövcuddur - adi qənddən və şəkər tozundan tutmuş, bal, mürəbbə, şirniyyatlar və meyvə şirələrinədək.

Mürəkkəb və sadə karbohidratlar mədədə qlükoza və fruktozaya parçalanan saxaroza molekullarından ibarətdir.
Məhz, qlükoza orqanizm üçün əsas enerji mənbəyi rolunu oynayır.
XVI əsrədək şəkər yalnız imkanlı adamların rasionunda olub.
Qlobal ticarət inkişaf etdikcə vəziyyət dəyişib.
1960-cı illərdə fruktozanın sənaye üsulu ilə alınması fruktoza və qlükoza konsentratından ibarət karamel siropunun istehsalına yol açdı.
Sağlam həyat tərzi kampaniyaların fəalları şəkərin "ağ ölüm" olduğunu deyəndə, məhz qlükoza ilə fruktozanın qarışığını nəzərdə tuturlar.

Şəkər vəlvələsi

1970-1990 illər arası ABŞ-da karamel siropunun istehsalı 10 dəfə artıb.
Alimlər bu trendin ölkə boyu piylənmə statistikasının artması ilə əlaqələndirirlər.
Çoxsaylı tədqiqatların nəticələrinin təhlili şirinləşdirilmiş içkilərin istehlakı ilə bədən çəkisinin artması arasında əlaqənin olduğunu göstərib.
Lakin karamel siropunun ABŞ-da piylənmənin əsas səbəbkarı olması fikrini heç də ekspertlərin hamısı bölüşmür.
Onlar qeyd edir ki, ABŞ da daxil, bir çox ölkələrdə şəkərin istehlakı azalsa da, əhalinin piylənmə dərəcəsi artmaqda davam edir.
Odur ki, sirop - yeganə təqsirkar deyil. Problemlərin çoxu əlavə edilmiş şəkərlə, ilk növbədə fruktoza ilə əlaqəlidir..
Həmin problemlər arasında ürək-damar xəstəlikləri qeyd olunur.
Fruktozanın ciyərdə parçalanması ciyər hüceyrələrində triqliseridlərin, neytral yağların toplanması ilə müşayiət olunur.
Qana düşəndə onlar damarların divarında xolestirin kirəcləri əmələ gətirir.
15 ildən çox davam etmiş bir tədqiqat, deyəsən, bunu təsdiqləyir: gündəlik qəbul etdikləri kalorilərin 25 faizdən çoxu şəkər olan insanlarda ürək-damar xəstəliklərindən ölmək riski 10 faizdən az şəkər istehlak edənlərin risk göstəricisindən 2 dəfə böyükdür.
1990-cı illərdə keçirilmiş iki araşdırmada aşkar olunub ki, gündəlik rasiondan nəzərdə tutulduğundan artıq şirin işkilər və ya meyvə şirəsi içən qadınlarda diabet xəstəliyinə tutulmaq riski həmin içkiləri az qəbul edənlərdən ikiqat böyük olub.

Şirin yeməklərə qadağa?

Lozanna universitetinin professoru Luc Tappy hesab edir ki, diabet, piylənmə və yüksək təzyiqin səbəbi olduqca kalorili yeməklərdədir, şəkər isə onların tərkib hissələrindən yalnız biridir.Tappy peşəkar idmançıları misal çəkərək qeyd edir ki, onlar böyük miqdarda şəkər istehlak etsələr də, ürəkləri nadir hallarda xəstə olur.
İdmançılarda fruktoza onlara gərək olan enerjiyə çevrilir.
Beləliklə, diabet-2, ürək xəstəlikləri, piylənmə və xərçəngin əlavə edilmiş şəkərə görə yarandığı barədə iddiaları sübut edən dəlillər olduqca azdır.Şəkər özünə öyrəşdirirmi, insanda şəkər asılılığı yarana bilərmi?
British Journal of Sports Medicine dərgisində 2017-ci ildə dərc edilmiş məqaləyə əsasən, siçanlar üzərində keçirilmiş təcrübə onların şəkərsiz əzab çəkdiyini aşkar edib.
Lakin tənqidçilər təcrübə zamanı siçanlara şəkərin gündə yalnılz 2 saat ərzində verildiyinə diqqəti çəkiblər. Heyvanlara şəkəri istədikləri vaxt verəndə isə onlarda şəkər asılılığı əmələ gəlməyib.
Avstraliyadakı Swinburne İnsan Farmakalogiyası Mərkəzinin əməkdaşı Matthew Pase şirin içkilər və meyvə şirələri içənlərdə yaddaşın pisləşməsi əlamətlərini və beyin həcminin azaldığını aşkar edib.Gündə iki şirin içki norması içənlərin beyni, həmin içkiləri içməyənlərin beynindən daha qocalmış görünüb.
Lakin Pase qeyd edib ki, o, yalnız meyvəli içkilərin istehlakını təhlil edib və əmin deyil ki, beyinə belə təsir göstərən yalnız şəkər olub.
Bu yaxınlarda keçirilmiş tədqiqatlardan biri isə şəkərin yaşlaşan insanların durumunu və yaddaşını yaxşılaşdıra bildiyini aşkar edib.
У пожилых людей сладкие напитки вызывают прилив энергии и чувство комфорта при выполнении сложных заданий
Image captionBu yaxınlarda keçirilmiş tədqiqatlardan biri isə şəkərin yaşlaşan insanların durumunu və yaddaşını yaxşılaşdıra bildiyini aşkar edib
Keçirilmiş təcrübələrin nəticələri göstərib ki, şəkərin qəbulu mürəkkəb tapşırıqlar yerinə yetirən yaşlı adamların motivasiyasını gücləndirib.
Qanda şəkərin artması onlarda gördükləri işdən razılıq hissini gücləndirib.

Şirin günah

Dietoloq Renee McGregor qeyd edir ki, hərənin özünə uyğun balanslaşdırılmış pəhrizi olur.
"Mən idmançılarla işləyirəm, onlara məşqlərdə daha çox miqdarda şəkər lazım olur, çünki o, asanlıqla həzm olunur", - mütəxəssis qeyd edir.
Bəzi ekspertlər hesab edir ki, şəkəri zəhər kimi təsvir etmək olmaz.
Renee McGregor ərzaq məhsullarının yaxşısı və ya pisi olmur.
Şəkər qadağan olunsa, onu daha çox arzu edənlərin sayı daha da artcaq, McGregor qeyd edir.
Даже если у сладкой пищи нет никакой питательной ценности, у нее могут быть иные ценности
Image captionŞirin qidanın dəyərləri müxtəlif ola bilər.
James Madison universitetinin dosenti Alan Levinovitz dinlə elm arasında əlaqələri öyrənir.
O deyir ki, şəkər yeyilməsinə günah kimi baxmağın sadə səbəbi var.
"Şirin dadlıdır, ləzzətlidir, bu səbəbdən də günah sayılır", - deyən Levinovitz qeyd edir ki, tarix boyu insanlara, ləzzət verən hərəkətləri (misal üçün, seksi) günah saymaq xas olub.
O qeyd edir ki, qidalanma prosesində mənəviyyat axtarmağa başlanılsa, onda yediklərimizin hamısına ehtiyatla yanaşmaq lazım gələcək.
Nə yemək sualı, sadəcə, üzücü bir prosesə çevrilə bilər.
Нам свойственно обвинять во всех грехах те вещи, от которых очень сложно отказаться. В том числе сахар
Image captionGünahı vərdiş etdiklərimizdə görürük, o cümlədən, şəkərdə də.
28 yaşlı İsveç sakini Tina Grundin əvvəllər şəkərin zərərli olduğunu düşünürdü.
O yalnız yüksək zülallı, yağlı vegetarian pəhrizini saxlayırdı.
Bu cür pəhriz onun mədə-bağırsaq siteminə mənfi təsir göstərib, onda ürəkbulanmalar müşahidə olunub.
"Anladım ki, daha bu cür davam edə bilmirəm, - Tina etiraf edir. - Keçdim fruktoza və nişasta ilə zəngin, tərkibində təbii şəkər olan pəhrizə".
Alimlər hansı növ şəkərin sağlamlığımıza necə təsir göstərdiyinə dair elmi debatlarını davam etdirirlər.
Gülməlisi isə odur ki, bu barədə nə qədər az düşünsək, özümüzü o qədər yaxşı hiss edərik.
"Qidalanma ilə bağlı məsələləri həddindən artıq mürəkkəbləşdiririk, hər kəs ideal və uğurlu görünmək istəyir. Axı, belə olmur", - Renee McGregor deyir.

//BBC