Azərbaycan Ukraynadan şəkər idxalını artırıb
    • 12-12-2018, 12:55
    • 826

Azərbaycan Ukraynadan şəkər idxalını artırıb

Bu ilin noyabr ayında Ukrayna ixrac edilən şəkərin ümumi payının 14,5%-ni Azərbaycana göndərib.

Bu barədə Ukrayna Şəkər İstehsalçıları Milli Assosiasiyası "Ukrtsukor"dan bildirilib.
Qeyd olunub ki, ötən ay ölkə xaricinə 70,5 min ton məhsul göndərilib ki, bunun da 47%-i Özbəkistanın, 14,5%-i Azərbaycanın, 7,4%-i isə Liviyanın payına düşüb.
Qeyd edək ki, bu ilin oktyabr ayında Ukrayna Azərbaycana, təqribən, 13 min ton şəkər ixrac etmişdi ki, bu da ümumi payın təqribən 10%-ni təşkil edirdi.

//Report