-
- 5-10-2018, 12:53
- 997
Detoks nə dərəcədə xeyirlidir?
Elə bil ki, kimsə həmişə bizə pəhrizimizdəki toksinlər haqqında düşünməyin vacibliyini diktə edir.
Detoks çox böyük biznesdir və internetdə adi bir axtarış belə çaylar, şirələr və qida əlavələri ilə edilən detokslarla dolu məlumatlar təqdim edəcək.
Bəs bunlardan hansısa həqiqətən işə yarayırmı? Kofein, ağartı və ya buğda məhsulları kimi qidaları pəhrizimizdən çıxararaq daha toksinsiz orqanizmə malik oluruqmu?
Şəkərin toksik olduğunu göstərən elmi dəlil yoxdur.
Lakin əgər çox miqdarda təmizlənmiş şəkər qəbul edirsinizsə, azaltmaq və ya tamamilə qəbul etməmək yaxşı olar, çünki şəkər boş kaloridir (yəni, kalorilərin heç bir faydası yoxdur) və pəhrizinizə heç bir pozitiv təsiri yoxdur.
Unutmayın ki, bal və ağcaqayın şirəsi (maple syrup) kimi "təbii" şəkər də şəkərdir.
Əgər şirə əsaslı detoks haqqında düşünürsünüzsə, yaddan çıxarmaq lazım deyil ki, meyvələrin tərkibində şəkər yüksək olur və şirələrin tərkibindəki artıq miqdarda meyvə qəbul etmək sağlamlıq üçün xeyirli olmaz.
Dişləri qoruyan mina qatı da meyvələrin tərkibindəki turşudan zədələnə bilər.
Çəki itirmək yox, detoks məqsədilə aşağı kalorili pəhriz vasitəsilə ac qalaraq səhhətinizdə uzunmüddətli problemlərə yol açan mineral və vitamin çatışmazlığına düçar olar bilərsiniz.
Əslində kalori qəbulunu kəskin şəkildə azaltmaq keton adlı kimyəvi maddənin yığılmasına səbəb olar ki, bu halda ürək bulanması, susuzluq və baş ağrısı yaranar.
Sağlam pəhrizin açarları lazımı qədər, balanslı və müxtəlif tərkibli qida rasionu müəyyənləşdirməkdir.
Lakin emal olunmuş qidaları kəsib, daha çox meyvə və tərəvəz qəbuluna başlamaq və su içmək uzunmüddətli sağlam qida vərdişlərinə yiyələnmək üçün yaxşı başlanğıc ola bilər.
Əlavələr sürətli çarə və ya sağlam pəhriz əvəzləyicisi deyil. Bundan əlavə, bir sıra araşdırmalar da göstərib ki, bəzi yüksək dozalı əlavələr müəyyən xəstəliklərə tutulmaq riskini artırır.
//BBC
Detoks çox böyük biznesdir və internetdə adi bir axtarış belə çaylar, şirələr və qida əlavələri ilə edilən detokslarla dolu məlumatlar təqdim edəcək.
Bəs bunlardan hansısa həqiqətən işə yarayırmı? Kofein, ağartı və ya buğda məhsulları kimi qidaları pəhrizimizdən çıxararaq daha toksinsiz orqanizmə malik oluruqmu?
Qida qruplarını kəsməklə detoks etmək mümkündürmü?
Pəhrizinizi məhdudlaşdırmaq və buğda və ağartı məmulatları kimi qida qruplarından imtina toksinləri yox etmir. Hansısa qida qrupuna qarşı allergiyanız olduğunu düşünürsünüzsə, həkiminizlə məsləhətləşin.Şəkərin toksik olduğunu göstərən elmi dəlil yoxdur.
Lakin əgər çox miqdarda təmizlənmiş şəkər qəbul edirsinizsə, azaltmaq və ya tamamilə qəbul etməmək yaxşı olar, çünki şəkər boş kaloridir (yəni, kalorilərin heç bir faydası yoxdur) və pəhrizinizə heç bir pozitiv təsiri yoxdur.
Unutmayın ki, bal və ağcaqayın şirəsi (maple syrup) kimi "təbii" şəkər də şəkərdir.
Əgər şirə əsaslı detoks haqqında düşünürsünüzsə, yaddan çıxarmaq lazım deyil ki, meyvələrin tərkibində şəkər yüksək olur və şirələrin tərkibindəki artıq miqdarda meyvə qəbul etmək sağlamlıq üçün xeyirli olmaz.
Dişləri qoruyan mina qatı da meyvələrin tərkibindəki turşudan zədələnə bilər.
Çəki itirmək yox, detoks məqsədilə aşağı kalorili pəhriz vasitəsilə ac qalaraq səhhətinizdə uzunmüddətli problemlərə yol açan mineral və vitamin çatışmazlığına düçar olar bilərsiniz.
Əslində kalori qəbulunu kəskin şəkildə azaltmaq keton adlı kimyəvi maddənin yığılmasına səbəb olar ki, bu halda ürək bulanması, susuzluq və baş ağrısı yaranar.
Sağlam pəhrizin açarları lazımı qədər, balanslı və müxtəlif tərkibli qida rasionu müəyyənləşdirməkdir.
Lakin emal olunmuş qidaları kəsib, daha çox meyvə və tərəvəz qəbuluna başlamaq və su içmək uzunmüddətli sağlam qida vərdişlərinə yiyələnmək üçün yaxşı başlanğıc ola bilər.
Qida əlavələri və super-qidalar detoks təsiri verirmi?
Qida əlavələri və super-qidaların detoks təsiri yaratması haqqında əsaslı dəlil yoxdur.Əlavələr sürətli çarə və ya sağlam pəhriz əvəzləyicisi deyil. Bundan əlavə, bir sıra araşdırmalar da göstərib ki, bəzi yüksək dozalı əlavələr müəyyən xəstəliklərə tutulmaq riskini artırır.
Bəs detoks yaxşı fikir deyilmi?
Aktiv şəkildə detoksa girərək gündəlik qəbul etdyimiz kimyəvi maddələrdən qurtulmaq barədə heç bir sübut mövcud deyil. Bədənimiz isə təbii şəkildə toksinləri xaric etməkdə mahirdir.//BBC