Müdafiə Nazirliyi Teymur Cəfərovun ölümü ilə bağlı məlumat yaydı
    • 31-07-2020, 14:06
    • 510

Müdafiə Nazirliyi Teymur Cəfərovun ölümü ilə bağlı məlumat yaydı

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu dünyada yayılan  koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

News24.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, dünyasını dəyişib.

Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!