-
- 2-08-2020, 11:30
- 763
Koronavirusun peyvəndi ilə bağlı Rusiyadan şad xəbər - Vaksin bu tarixdə hazır olacaq
Bütün dünyanın maraqla gözlədiyi koronavirus peyvəndi ilə bağlı açıqlama Rusiyadan gəldi.
News24.az xəbər verir ki, Rusiyanın səhiyyə naziri Mixail Muraşko klinik sınaqların bitdiyini bildirib.
“Gamaleya” İnstitutundan olan peyvənd namizədinin klinik sınaqlarının bitdiyini və qeydiyyatı üçün sənədlərin hazırlandığını ifadə edən nazir peyvəndin oktyabr ayında hazır olacağını vurğulayıb.
Növbəti mərhələdə kütləvi peyvənd vurulacaq şəxslərin hamısının nəzarətdə olacağı qeyd olunub.
ABŞ-ın Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru Antoni Fauçi isə Rusiya və Çin peyvəndlərinə şübhə ilə yanaşdığını deyib.