“Qalatasaray” yeni qapıçı transfer edib
    • 2-08-2020, 14:00
    • 1 089

“Qalatasaray” yeni qapıçı transfer edib

Türkiyənin “Qalatasaray” klubu yeni qapıçı ilə razılıq əldə edib.

News24.az xəbər verir ki, Türkiyə KİV-nin yaydığı məlumata görə, İstanbul təmsilçisi İspaniyanın “Atletik” klubunun qapıçısı İaqo Herrerin ilə razılaşıb.

“Qalatasaray”ın əsas qolkiperi Fernando Muslera zədələndiyi üçün bu mövqeyə oyunçu axtaran “sarı-qırmızılar” ispaniyalını heyyətinə qatıb. Bilbao klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq İaqo bir il icarədə olduqdan sonra azad agent olacaq.

Qeyd edək ki, Herrerin son mövsümdə cəmi 9 matçda meydana çıxıb.