Trampın “TikTok” təhdidinə şirkətdən cavab gecikmədi
    • 2-08-2020, 15:00
    • 718

Trampın “TikTok” təhdidinə şirkətdən cavab gecikmədi

Ötən gün ABŞ Prezidenti Donald Tramp “TikTok” sosial şəbəkəsinin ölkədə qadağan olunacağını açıqlayıb. Qadağanın isə 24 saat ərzində tətbiq olunacağını qeyd edib.

News24.az xəbər verir ki, Trampın bu adımına “TikTok” şirkəti sərt cavab verib.

Şirkətin ABŞ-dakı icraçı direktoru Vanessa Pappas “heç bir yere getmək niyyətində deyilik, uzun müddət buradayıq”, - deyə bildirib.

Qeyd edək ki, ABŞ hökuməti daha əvvəl Çinin bu cür tətbiqlər vasitəsilə ABŞ vətəndaşlarının şəxsi məlumatlarını ələ keçirdiyini və tətbiqlərin məlumat toplamaq üçün istifadə edildiyini iddia etmişdi.

Məhərrəm