İcazələr ləğv edilir, rayonlara gedənlər necə buraxılacaq? - AÇIQLAMA
    • 3-08-2020, 18:10
    • 715

İcazələr ləğv edilir, rayonlara gedənlər necə buraxılacaq? - AÇIQLAMA

"Avqustun 5-dən sonra Bakıdan rayonlara gedən şəxslər yalnız ezamiyyə sənədlərini təqdim etdikdən sonra postlardan buraxılacaqlar". 

Operativ Qərargah icazə sistemi ləğv olunandan sonra kimlərin rayona getməsinə icazə verilməsinə aydınlıq gətirib.


News24.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Azərbaycan ərazisində 31 avqusta qədər yerüstü və hava nəqliyyatı vasitəsilə giriş-çıxış dayandırılıb: “Sərtləşdirilmiş karantin tətbiq edilən rayon və şəhərlərdə istisnalar olmaqla, gediş-gəliş olmayacaq”.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev isə qeyd edib ki, Bakıdan işlə əlaqədar yalnız ezamiyyə vərəqi olanlar sənədləri təqdim etməklə gedə biləcək: “Əvvəl bu, avtomatlaşdırılmış qaydada aparılırdı. İndi isə postlarda təqdim edəcəklər. Bakıdan rayonlara gedən şəxslər yalnız ezamiyyə sənədlərini təqdim etdikdən sonra postlardan buraxılacaqlar". 

Qeyd edək ki, 2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur.

Məhərrəm Əliyev