Regionlara gediş-gəliş məsələsi geniş müzakirədədir - Hikmət Hacıyev
    • 3-08-2020, 17:24
    • 675

Regionlara gediş-gəliş məsələsi geniş müzakirədədir - Hikmət Hacıyev

“Regionlara gediş-gəliş məsələləri və açılma mövzusu geniş şəkildə müzakirə olunur. Müxtəlif qaydalar üzrə fikirlər yürüdülür".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində deyib. O bildirib ki, Bakı şəhərində yoluxma tendensiyasının olması xüsusilə nəzərə alınmalıdır:!Regionlarla açılmalar orada da yoluxmaların artmasına öz təsirini göstərə bilər. Ona görə də kompleks şəkildə epidemioloji vəziyyət qiymətləndirilərək regionlara da gediş-gəlişin açıması məsələsinə təkrarən baxılacaq”.