Koronavirusa görə futbolda yeni qayda: Rəqibin üzərinə öskürən meydandan qovulacaq
    • 4-08-2020, 12:35
    • 653

Koronavirusa görə futbolda yeni qayda: Rəqibin üzərinə öskürən meydandan qovulacaq

Koronavirusa görə futbolda yeni qayda pozuntusu əlavə edilib.

News.az xəbər verir ki, İngiltərə Futbol Federasiyasının aldığı qərara əsasən, yeni mövsümdən etibarən oyun zamanı hakimin və ya rəqib oyunçunun üzərinə qəsdən öskürən futbolçuya qırmızı vərəqə göstərilərək meydandan qovulacaq.

Futbolda qaydaların təkmilləşdirilməsi və dəyişdirilməsi ilə məşğul olan Beynəlxalq Futbol Assosiasiyası Şurası (IFAB) qəsdən öskürmənin qayda pozuntuları sırasına daxil ola biləcəyini bildirib.