İsmayıllıda ziyarətgaha gedən şəxslər cərimələnib
    • 4-08-2020, 13:45
    • 645

İsmayıllıda ziyarətgaha gedən şəxslər cərimələnib



İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin qayda və tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı bir qrup şəxsin toplaşaraq rayon ərazisində yerləşən ziyarətgaha getməsi müəyyən edilib.


News24.az xəbər verir ki, 20 nəfər karantin qaydalarını pozduqları üçün Polis Şöbəsinə dəvət olunub. 

19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.