-
- 5-08-2020, 18:16
- 1 263
Beyrutda partlayış nəticəsində ölənlərin sayı 113-Ə ÇATDI - YENİLƏNDİ 3
Livanın paytaxtı Beyrut şəhərində limanda baş verən partlayışda ölənlərin sayı 113-ə çatıb.
News24.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Həmad Həsən məlumat yayıb.
***10:54
Livan Mülki Müdafiə Qüvvələri Beyrutdakı partlayışdan sonra baş verən yanğının söndürülməsi üçün işləri davam etdirir.
News24.az xəbər verir ki, bu barədə "Sky News Arabia" xəbər yayıb. Bildiirlib ki, Livan ordusunun dəstələri partlayışın baş verdiyi liman bölgəsində növbədədir.
Limana aparan bütün yollar bağlanıb. Xilasedicilər altında insanların olduğu dağıntıları təmizləməyə davam edirlər.
***10:00
Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 100-ü keçib.
News24.az xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalının məlumatında bildirilib.
Qeyd edilib ki, partlayış zamanı xəsarət alanların sayı 4 mini ötüb.
*** 09:05
Livanda Beyrut limanında baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb, 4 mindən çox insan yaralanıb.
News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Livan hakimiyyəti itkin düşmüş insanların sayının çox olması səbəbiylə qurbanların sayının artacağını ehtimal etdiyini bildirib. Çökən binaların dağıntıları altından cəsədlərin çıxarılması davam edir.
Qeyd edək ki, ötən gün Beyrut liman bölgəsində güclü partlayış baş verib. Şəhərin binalarının yarısı zərər görüb, xəstəxanalar yaralılarla dolub.
Livanın Baş naziri Həsən Diyab, hadisəni limanda altı il ərzində 2,750 ton ammonium nitratının düzgün saxlanmaması nəticəsində yaranan partlayış adlandırıb.
Livandakı faciə ilə əlaqədar üç günlük matəm elan edilib.
Prezident Mişel Aun, hökumətdən ölkədə iki həftəlik fövqəladə vəziyyət elan etmək üçün təcili iclasın keçirilməsini istəyib.