Beyrutda 10 yanğınsöndürən öldü
    • 5-08-2020, 12:53
    • 782

Beyrutda 10 yanğınsöndürən öldü

Beyrut limanında baş vermiş partlayışdan sonra başlayan yanğını söndürən zaman 10 yanğınsöndürən həlak olub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beyrut şəhərinin qubernatoru Marvan Abbud məlumat verib. 

***11:35

Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində meydana gələn yanğını söndürməyə cəlb edilən azı 10 yanğınsöndürən itkin düşüb.

News24.az Reporta istinadən xəbər verir ki, bunu şəhərin qubernatoru Marvan Abbud deyib. 

Onun sözlərinə görə, xilasedicilər hadisə yerinə 2 avtomobildə gediblər, onları 3 təcili tibbi yardım maşını müşayiət edib.

Qeyd olunub ki, Livan Mülki Müdafiə Qüvvələrinin əməkdaşları hələ də yanğını söndürə bilməyiblər.

Livanın səhiyyə naziri Həmid Həsən isə bildirib ki, itkin düşmüş yaxınlarını axtaranlardan çoxlu sayda zənglər gəlir.

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, 4 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb.