Türkiyə Beyrutda səhra xəstəxanası quracaq
    • 5-08-2020, 17:43
    • 568

Türkiyə Beyrutda səhra xəstəxanası quracaq

Türkiyə Beyrutda səhra xəstəxanası quracaq.

News24.az NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Hami Aksoy məlumat verib. Bildirilib ki, Beyrut limanında meydana gələn partlayışla əlaqədar Türkiyə bu ölkəyə kömək edəcək:"Livan xalqının vacib ehtiyaclarının aradan qaldırılmasına dəstək üçün işlərə başlamışıq. Bu çərçivədə, prezidentimizin tapşırığına əsasən Səhiyyə Nazirliyi və Qızıl Aypara vasitəsi ilə bölgəyə axtarış qurtarma qrupu, təcili tibbi yardım personalı göndərilir. Səhra Xəstəxanasının yaradılması planlaşdırılır və təcili humanitar yardım materialları, o cümlədən dərman və tibbi avadanlıqlar göndərilir. Biz dost və qardaş Livanın bu çətin günləri ən qısa zamanda həmrəylik və əməkdaşlıq şəraitində keçəcəyini ümid edərək hər cür dəstəyi verməyə davam edəcəyik".