Benzinin qiyməti qalxdı – SƏBƏB
    • 5-08-2020, 18:30
    • 781

Benzinin qiyməti qalxdı – SƏBƏB


Bu gün premium markalı yanacağın qiyməti 1 manat 20 qəpikdən 1 manat 25 qəpiyə qaldırılıb.

News24.az xəbər verir ki, "SOCAR Petroleum" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib ki, premium markalı yanacaq idxal olunan bir yanacaqdır: "Xarici ölkələrdən, məsələn Rumıniya, Rusiya kimi dövlətlərdən idxal olunur.

Bu gün səhər saat 8:00-dan etibarən bu növ yanacağın qiyməti 1 manat 20 qəpikdən 1 manat 25 qəpiyə qaldırılıb (1 litr üçün). Səbəb alış qiymətinin baha olmasıdır. Aldığımız ölkədə alış qiyməti qalxdığına görə, qiymətlərdə dəyişiklik etmək məcburiyyətində qaldıq".
Qurum rəsmisi əlavə edib ki, qiymətin 1.50 manata qalxacağı ilə bağlı heç bir plan yoxdur. "Trend"