Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək
    • 6-08-2020, 15:30
    • 829

Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək

Avqustun 6-dan AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satışı yeni üsulla həyata keçiriləcək.

News24.az xəbər verir ki, bu barədə APA-ya “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək. Növbəyə aşağıdakı iki usulla yazılmaq mümkündür:

- azal.az saytında https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919 linki vasitəsilə onlayn formanı doldurmaqla;

- (+99470) 4374081 nömrəsinə WhatsApp vasitəsilə yazılı müraciət edərək.

Qeyd edək ki, müraciət zamanı sərnişinlər mütləq qaydada şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.

Naxçıvan istiqamətində reyslərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, aviaşirkət nəzərinizə çatdırır ki, yaxın tarixlərdə qeyd edilən istiqamətdə uçuşlarda boş yerlər qalmayıb.