Cəlilabad meşələrində yanğın başlayıb - YENİLƏNİB
    • 6-08-2020, 16:35
    • 785

Cəlilabad meşələrində yanğın başlayıb - YENİLƏNİB


Cəlilabadda baş verən meşə yanğını məhdudlaşdırılıb.


News24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Seyidbazar kəndi yaxınlığında dağlıq və meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

Yanğın saat 16:05 dəqiqədə məhdudlaşdırılıb. 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

saat 16:15



Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. 

News24.az Reporta istinadən xəbər verir ki, yanğın Cəlilabad meşəbəyliyin 4-cü və 5-ci dolaylarında qeydə alınıb.

Yanğın yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikaları cəlb edilib. Lakin güclü külək yanğının geniş əraziyə yayılmasına səbəb olub.

Hazırda yanğın davam edir.