Bakıda “40 pillə” restoranının qanunsuz faliyyət göstərdiyi məlum olub - FOTO
    • 6-08-2020, 19:40
    • 700

Bakıda “40 pillə” restoranının qanunsuz faliyyət göstərdiyi məlum olub - FOTO

Səbail rayonu, Nəriman Nərimanov prospektində yerləşən “40 pillə” restoranı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi üçün polis əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, məlumat daxil olan kimi, Səbail Rayon Polis İdarəsi və 9-cu Polis Bölməsinin əməkdaşları həmin kafeyə yollanıb. Baxış zamanı kafedə 8 nəfər müştərinin olduğunu aşkarlanıb. Kafedə müştəri qismində əyləşən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq 9-cu Polis Bölməsinə aparılıb.

Kafenin sahibi və müştərilər barəsində toplanılan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və onların hər biri inzibati qaydada cərimə ediliblər. Həmin şəxslərə karantin dövründə növbəti dəfə qayda pozuntusuna yol verəcəkləri təqdirdə inzibati qaydada həbs ediləcəkləri barədə xəbərdarlıq edilib.