“Latsio" Çempionlar Liqasına vəsiqə qazandı
    • 7-08-2020, 11:10
    • 713

“Latsio" Çempionlar Liqasına vəsiqə qazandı


"Latsio" UEFA Çempionlar Liqasına (ÇL) vəsiqə qazanıb.


News24.az xəbər verir ki, bu, "Roma"nın İspaniya "Sevilya"sına 0:2 hesabı ilə uduzaraq Avropa Liqası (AL) ilə vidalaşmasından sonra baş verib.

Əslində "qartallar" A Seriyasında 4-cü pilləni tutmaqla ÇL-ə vəsiqə qazanmışdılar. Amma "Roma" Avropa Liqasının, "Napoli" isə Çempionlar Liqasının qalibi olacağı halda, "Latsio" turnirdən kənarda qalacaqdı. Çünki ÇL-də 1 ölkənin maksimum 5 təmsilçisi çıxış edə bilər.