Şahbaz Muradov fəxri diplomla təltif edilib - SƏRƏNCAM
    • 8-08-2020, 14:53
    • 781

Şahbaz Muradov fəxri diplomla təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Ş.M.Muradovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

News24.az-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasında elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahbaz Musa oğlu Muradov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.