-
- 5-10-2018, 17:10
- 945
Narkoloji Mərkəzin tibb bacısı və sanitarı məhkəmədə ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə iclası davam etdirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Amid Ağayev ifadə verib.
O, Narkoloji Mərkəzdə sanitar vəzifəsində çalışdığını bildirib: "Mən Mərkəzdə xəstələrə qulluq edirəm. Onlar yıxılanda qaldırıram, qaçmaq istəyəni qoymuram, tibb bacısı xəstələrə iynə vuranda yanında oluram. Mərkəzdə bir gün işləyirəm, iki gün isə istirahətdə oluram. Hadisə baş verən gün də işdə idim. Təqsirləndirilən Məhəmməd Məmmədovu da tanıyıram".
Şahid qeyd edib ki, hadisə vaxtı Narkoloji Mərkəzdə 55 xəstə olub: "Həmin gün orada növbədə Turan həkim, tibb bacılarından isə Şəlalə xanım idi. Səhərə yaxın kimsə yanğın baş verdiyini dedi. Çölə çıxdım, 15-ci otağın qapısının qabağında 3 nəfər dayanmışdı. Onlardan birinin adı Şahin idi. Digərlərinin adı yadımda deyil. Otağın sağ tərəfi yanırdı. Çöldəki yanğınsöndürən balonunu götürüb gətirdim. Nail, Rasim digər xəstələri oyatdı. Tural həkim isə FHN-ə zəng etdi. Yanğın 14 və 15-ci otaqların divarından başlamışdı, sürətlə də irəliləyirdi. Mən içəri keçib xəstələri otaqdan çıxartdım. Sonuncu dəfə gedəndə yolu səhv saldım, ayağımın altında xəstə var idi. Həmin xəstənin əllərindən tutub çölə çıxartdım. Hadisədən sonra sağ qalan xəstələri saydıq - 24 nəfər idi. Qalanları içəridə yanıb öldü. Hadisə zamanı Məhəmmədi orada görmədim. Sonradan bildik ki, qaçıb".
A.Ağayev söyləyib ki, təqsirləndirilən M.Məmmədov Mərkəzdən çıxıb getmək istəyirmiş: "Onunla söhbət edəndə oğlundan danışırdı. O, ailəsi tərəfindən tərk edildiyini deyirdi. Hadisədən sonra eşitdim ki, Məhəmməd guya buranı yandırmaq istədiyini deyirmiş. Amma şəxsən onun ağzından eşitməmişəm. Həmin zaman elə xəstələr var idi ki, onların vəziyyətləri ağır idi deyə yuxudan qalxa bilmirdilər. Onları güclə sürüyüb çölə çıxardırdım. Hər şey gözümün qabağında oldu".
Hakim bildirib ki, şahidin ifadələri arasında ziddiyyət var. Məhkəmədə onun istintaqa verdiyi ifadəsi elan olunub.
A.Ağayev bildirib ki, M.Məmmədov Şəlaləyə, Leylaya və Çimnaza "buranı yandırsaydım, canım qurtarardı" deyib.
Şahid isə söyləyib ki, hadisədən sonra bu barədə həmin şəxslərdən eşidib.
Daha sonra şahid qismində Şəlalə Ələkbərova dindirilib. O, Narkoloji Mərkəzdə tibb bacısı işlədiyini bildirib: "Həmin gün işdə növbətçi idim. Jurnala baxanda gördüm ki, onun girib-çıxışı qeyd edilib. Sonra mənə yaxınlaşdı. Ondan bu barədə soruşdum. Oğlunun ona icazə vermədiyini deyib və ondan şikayətləndi. Məndən çay alıb getdi. Bir qədər keçəndən sonra başqa xəstəyə baş çəkməyə getdim. Birdən səs-küy qopdu. Kimsə yanğın baş verdiyini söylədi. Dəhlizə çıxanda hər yerin tüstüyə büründüyünü gördüm. Tez çölə çıxıb Turan həkimin yanına qaçdım ki, FHN-ə zəng vursun. Zəng etdiyini dedi".
Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.
Görülən tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.
M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.
Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Məlumata görə, şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb.